SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ginness Rekordlar Kitabına "Youtube"də ən çox izlənilən video "olaraq adını yazdıran "Gangnam Style" mahnısının sahibi PSY, yeni albomu "4x2 = 8"dən iki mahnıya klip çəkdirib.

BAKU.WS xəbər verir ki, kliplərdən ilki, "I luv it" mahnısı üçün çəkilib. Ötən gün "Youtube"a yüklənən video, bir neçə saat ərzində 7 milyon izlənmə toplayıb. PSY-ın digər yeni klipi 'New Face' də, eyni nəticəni yığa bilib.

PSY-ın "I luv it" mahnısının klipində, 'Pen Pineapple Apple Pen' videosuyla məşhurlaşan Yapon komediyaçı Piko-Taro da yer alıb.
 
BAKU.WS