SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Azərbaycanın ilk qorxu filmi "Xənnas"ın möhtəşəm qala gecəsi baş tutub.
 
BAKU.WS xəbər verir ki, Nizami kinoteatrında baş tutan qalada qorxu filmi həvəskarları ilə bərabər məşhur simalar da öz yerlərini almışdılar. Qalada çıxış edən gənc rejissor Elvin Abdulla filmin çox çətinliklə ərsəyə gəldiyini, bütün çətinliklərdə ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirdi. Daha sonra isə aktrisalar Pərvin Abıyeva və Nərgiz Əliyeva da bütün çətinliklərə baxmayaraq filmin seviləcəyinə inandıqlarını söyləyiblər.
 
Filmin nümayişi isə tamaşaçıların alqışları ilə müşaət olunub. Filmdən razı qalan tamaşaçılar sonda "Xənnası"ın 2-ci hissəsinin çəkilməsini xahiş ediblər.
 
Qeyd edək ki, filmin çəkilişlərinə ümumilikdə 200 min manatdan çox pul xərcləndiyi bildirilir.
 
Məlumat üçün bildirək ki, filmi gənc və istedadlı rejissor Elvin Abdulla ekranlaşdırıb. "Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıblar. Qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır.
 
BAKU.WS