SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünyada ilk dəfə insan başı transplantasiyası əməliyyatı cari ilin dekabr ayına planlaşdırılıb.

BAKU.WS Oxu.Az-a istinad'n xəbər verir ki, əməliyyatı italiyalı cərrah Sercio Kanavero həyata keçirəcək. O bildirib ki, bu əməliyyatı 30 il ərzində planlaşdırıb və hətta riskə getməyə hazır olan könüllünü də tapıb. 

Kanaveronun ilk pasiyenti "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı Valeri Spiridonovdur. 

150 cərrahın iştirak edəcəyi əməliyyat 36 saat davam edəcək. Əməliyyatdan sonra V.Spiridonov 3-4 həftə müddətinə komada olacaq. 
 
BAKU.WS