SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Tacikistandakı ofisinin rəhbəri təyin edilib.

BAKU.WS marjaya istinadən xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.

Aytən Rüstəmova, AYİB-in London Qərargahına qayıdan Riçard Consu əvəz edib.

Aytən Rüstəmova 2001-ci ildə AYİB-ə qoşulub. Son vaxtlar o, Bakıda Bankın Azərbaycan ofisində baş bankir kimi çalışıb, burada böyük infrastruktur layihələrinə rəhbərlik edib. O, kreditləşmə, enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi,  kiçik və orta müəssisələr üzrə geniş təcrübəyə malikdir.
İndiyədək AYİB Tacikistan iqtisadiyyatının müxtəlif sahələrinə 645 milyon dollar həcmində sərmayə yatırıb.
 
BAKU.WS