SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda bir sıra müxalifət nəşrlərinin saytlarına giriş bağlanıb.
 
BAKU.WS-in "virtualaz.org"a istinadən verdiyi xəbərə görə, təxminən axşam saat 5-dən etibarən "Azadlıq” radiosunun, "Azadlıq” qəzetinin və "Meydan” portalının saytlarını açmaq qeyri-mümkündür.

Saytların bloklanmasının səbəbləri və girişin nə vaxt bərpa olunacağı bəlli deyil. 

Bu saytların rəhbərlərinin bildirdiklərinə görə, giriş yalnız Azərbaycan ərazisi üçün məhdudlaşdırılıb. Digər ölkələrin ərazisindən saytlara problemsiz daxil olmaq mümkündür. 
 
BAKU.WS