SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi ( 6-cı mikrorayon istiqamətinə dönən yol ) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ( m.Azadlıq stansiyası, 8-ci mkrn. istiqamətinə ) və Məsud Davudoğlu küçələri ilə ( 6-cı mkrn. istiqamətinə ) hərəkət təmin olunacaq.

Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək ( 3-4 gün ) tətbiq olunacaq.

BAKU.WS