SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Moskvada fəaliyyət göstərən "Like Music" mərkəzində əxlaqsızlıq halları aşkarlanıb.
 
BAKU.WS-in məlumatına görə, kastinq iştirakçılarından biri layihənin prodüserləri tərəfindən təngə gətirildiyini bildirib və onları şikayət edib. Aleksandra adlı Moskva sakini bildirib ki, mərkəzdə ona əxlaqsızlıq təklif edilib. 
 
"Mən bu mərkəz haqqında internetdən məlumat aldım. Elan verilmişdi ki, bütün musiqi  janrlarında yaxşı rəqs edən gözəl qızlar axtarılır. Vəd edilirdi ki, mərkəzə gələn xanımları ulduz edəcəklər. Əvvəlcə prodüser namizədlərə baxdı, sonra qızlara intim münasibət təklif olundu", - deyə gənc qız deyib. 
 
"Like Music" mərkəzindən isə qızın bu ittihamlarını təkzib ediblər və deyilənlərin yalan olduğunu bildiriblər. Məkəzdən verilən məlumata görə, gənc qız seçmə mərhələni keçmədiyi üçün bu yola əl atıb. 
 
BAKU.WS