Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə flashmob keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib.
Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət Heydər Əliyev adını daşıyan parkda 8 Noyabr - Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı və qardaş ölkə olan Türkiyənin ay ulduzlu bayrağı fləşmoba xüsusi rəng qatıb.
Oxşar xəbərlər
Azərbaycanda Gənclər Günü qeyd olunur
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.BAKU.WS-in məlumata görə, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağl...
