SİZİN REKLAM BURADA!
055 213 76 73


Baku TV-nin “O vaxtlar” layihəsinin növbəti buraxılışı efirə gedib.

Budəfəki buraxılışda mərdəkanlı dərzi Gülşad Əliyev köhnə və yeni geyim tərzlərini müqayisə edib.

58 ildir bu işlə məşğul olan ağsaqqal əvvəlki geyimləri daha çox bəyəndiyini deyib:

“İndi çox açıq geyinirlər. Şortiklə gəlib içəri girirlər. Kənd yerində bu, hörmətsizlik sayılır”.
G.Əliyev dəblə yox, yaraşanı geyinməyin tərəfdarlarından olduğunu qeyd edib:

“Gərək yaraşanı geyinəsən. Bəzən elə şeylər geyinirlər ki, qəribə görünürlər. Dəbi gərək öz bədəninə uyğunlaşdırasan”.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO