SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putinin 1990-cı illərin əvvəllərində məzuniyyətdə olan zaman çəkilən arxiv görüntüləri peyda olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, video Finlandiya televiziyası tərəfindən dərc edilib.

Kadrlarda Putinin “Adidas” idman kostyumunda tennis oynadığı və keçmiş müdiri Anatoli Sobçakın yanında nahar etdiyi görünür.

Səfər zamanı Putin keçmiş həyat yoldaşı Lyudmilanı da özü ilə aparıb.

Videonun Torso adasında (Finlandiyanın cənub sahili) çəkilmiş ola biləcəyi güman edilir.

BAKU.WS
VİDEO