SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının mərkəzində turistlərin ucuz qiymətə gecələməsi üçün hostel fəaliyyət göstərir.
 
BAKU.WS-in məlumatına görə, bu hostellərdə hər nömrədə 4-8 nəfər gecələyə bilər. Hosteldə sanitar qovşaqlar, hamam yetərincə var.
 
Hostel ilin istənilən vaxtı isti və soyuq su ilə təmin olunur. Turistlərin istirahəti üçün burada hər şey düşünülüb. Hosteldə yeni mebellər, təmiz çarpayı, mikrodalğalı soba, soyuducu və digər avadanlıqlar mövcuddur. Bununla yanaşı, turistlərə pulsuz çay, WIFI internet və mühafizə kamerası xidməti təklif olunur.
 
Bakının mərkəzində yerləşən bu cür hostellər turistlər üçün əlverişlidir. Kafe, bar, restoran və məşhur dünya markalarının mağazaları şəhərimizi gəzməyə gələn turistlər üçün daha əlçatandır. 
 
Bu cür şəraitlə təmin olunan hostellərdə 1 gün gecələmək 15-20 manat arasıdır. 
 
Nazim Babayev
BAKU.WS