SİZİN REKLAM BURADA!
055 213 76 73


“12 yaşımda dünya çempionatından sonra mən atama dedim ki, çempion olmaq istəyirəm və bu idmandan başqa özümü heç yerdə görə bilmirəm”.

Bu sözləri kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Azərbaycan və Belarusu təmsil edən Çingiz Əlləzov Baku TV-nin qonağı olarkən deyib.

“Həyatımın dönüş nöqtəsini xatırlayıram. O zaman sonuncu dəfə məğlub olmuşdum. O məğlubiyyətdən sonra öz-özümə sual verdim:

Niyə mən həyatımı bu idmana sərf etmişəm? Sıradan bir çempion olmaq üçünmü? Yoxsa planetimizin döyüşçülərinin içində yaxşıların yaxşısına çevrilmək üçünmü?

Həmin döyüşə görə təşəkkürümü bildirirəm. O döyüş mənim üçün çox önəmlidir. O döyüşdən sonra mən bütün göstəricilərə görə olduğumdan da yaxşı oldum.

Həm mənəvi, həm də fiziki baxımdan bu idmana və elə həyatda hər şeyə yanaşmam dəyişdi”, - Ç.Əlləzov vurğulayıb.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO