SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən populyar sosial mesajlaşma xidməti olan "WhatsApp" daha bir problemini aradan qaldırır. Qızışan rəqabət mühitində "Facebook" bir neçə il öncə satın aldığı mesajlaşma sistemini dayanmadan yeniləməyə davam edir. ​

BAKU.WS-in məlumatına görə, artıq göndərilən video faylları izləmək daha rahat olacaq.  "WhatsApp"ın yeniliyi sayəsində videolar telefon yaddaşına məcburi şəkildə yüklənməyəcək. 

Artıq danışdığınız şəxsin göndərdiyi videoya baxmaq üçün onun uzun müddət yüklənməsini gözləmək lazım gəlməyəcək. Yenilənmə sayəsində videoları göndərilən anda izləmək mümkün olacaq. 

Əgər istəsəniz videoları yükləyə də bilərsiniz. Bu sayədə izlənilib unudulan videolar sayəsində telefonunuzun yaddaşının dolması problemi də aradan qalxır.