SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir zamanlar Çarlz Hayder adlı bir kişi vardı. Astrofizika üzrə alim idi.

Lakin ona şöhrət gətirən alimliyi olmayıb. 12 sentyabr 1986-cı il tarixində Çarlz Hayder aclıq aksiyası elan etdi. Elə Ağ Evin yaxınlığında, Lafaret parkında əynindəki palto ilə oturaraq Reyqandan silahlanlanma yarışına son verməsini və nüvə silahından istifadədən imtina etməsini tələb etdi.

Onun bu aksiyasının səs-sədası Sovet İttifaqının hər bir küncündən gəlirdi. Beləliklə, Çarlz Hayder media fiquru oldu, lakin ancaq SSRİ daxilində. Onu SSRİ Dövlət Teleradio şirkətinin Vaşinqtondakı müxbiri Vladimir Dunayev məşhurlaşdırdı. Amerika və Qərb mətbuatı isə ona heç bir maraq göstərmədilər, çünki silahlanmanın dayandırılmasında maraqlı olanlar elə də çox deyildi.

Üç ay sürən və çoxlarına inanılmaz gələn aclıq aksiyasından sonra Hayder tələbini davam etdirmək niyyətində olduğunu bildirərək, lazım gələrsə, bu yolda öləcəyini qeyd etdi. Lakin bir müddət sonra onun bu qədər uzun zaman necə ac qala bildiyi ilə bağlı şübhələrə aydınlıq gəldi və Hayderin əslində bu müddətdə Rusiya “bulkaları” ilə qidalandığı məlum oldu.

İndi Xankəndi və ətraf ərazilərdə də buna bənzər vəziyyət müşahidə olunur. Əhalinin guya acından öldüyü ilə bağlı verilən bəyanatlar fonunda reallıq tam başqadır.

Daha ətraflı “Caliber.Az” “YouTube” kanalının hazırladığı videosüjetdə:

BAKU.WS
VİDEO