SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ukraynanın "Pyatniça" kanalında efirə gedən "Леся здеся" (Lyasa burada) verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub.

BAKU.WS xəbər verir ki, noyabrın 12-də efirə gedəcək proqram "İdeal kişi var, onu axtarmaq lazımdır" şüarı altında efirə çıxacaq.
 
Verilişdə meyxanaçılar İntiqam və Ehtiram qardaşları da iştirak edib.

Aparıcı Lyasa Nikityuk hər proqramda dünyanın müxtəlif ölkələrinə səyahətə çıxır və oradakı kişilər haqqında məlumat toplayır, özünün reytinq siyahısını tərtib edir.

Bundan başqa, o, həmin ölkələrin kişi nümayəndələri haqqında bu və ya digər məlumatları izləyicilərinə çatdıraraq, qızları onlarla tanışlığa dəvət edir.
 
 
İlyas Quliyev