SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.TV-də yayımlanan “Qapqara” verilişinin növbəti buraxılışı efirə gedib.

Verilişin budəfəki qonağı aktyor, rejissor Taleh Yüzbəyov olub.

O, məşğul olduğu sahə ilə bağlı çox araşdırdığını, daha yaxşısını etmək üçün həmişə özündən narazı olduğunu qeyd edib:

“Hələ özümü nə yetkin aktyor, nə ssenarist, nə də rejissor kimi görürəm”.

Sosial şəbəkələr hesabına məşhurlaşan aktyor “Youtube”a video yükləməməyinin səbəbinə də aydınlıq gətirib:

“Youtube” üçün yazdığım ssenarilər baha başa gəlir. Əvvəl çəkdiyim videolarla kifayətlənirdim. Amma indi beynimdə illərdir formalaşan, buna pulumuz, təcrübəmiz çatmaz dediklərimi etmək istəyirəm. Hansını yazsam, büdcəsi 30 mindən çox olur və bu qədər pulu necə tapacağımı bilmirəm”.

Ətraflı verilişi təqdim edirik:

BAKU.WS
VİDEO