SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənubi Azərbaycandan olan bəstəkar, müğənni Arif Mehmandost Mədəniyyət TV-də yayımlanan “O” verilişinin qonağı olub.

Proqramda sənətkar oradakı azərbaycanlıların məruz qaldıqları mənəvi təzyiqlərdən, alçaldılmalarından, ana dillərində təhsil hüququndan məhrum olmalarından, farsların soydaşlarımızın ləhcəsini lağa qoymalarından söz açıb. A.Mehmandost bildirib ki, uşaq vaxtı aldığı bu travmalar səbəbindən övladınıb Azərbaycanda təhsil almasına qərar verib.

Verilişdə yaradıcılığından da söz açan Arif Mehmandost bəstələdiyi, oxuduğu nəğmələrin əsas məzmununun ayrılıq, həsrət, iztirab oldğunu vurğulayıb.

Qeyd edək ki, “O” aparıcı Bəhruz Niftəliyevin təqdimatında yayımlanır.

BAKU.WS
VİDEO