“BAKU.TV Rəqəmsal Media Məktəbi” iştirakçı seçir - VİDEO

“BAKU.TV Rəqəmsal Media Məktəbi” iştirakçı seçir.
Ümumilikdə 2 mərhələdən ibarət olan seçimin yekununda 10 gənc 2 ay müddətində BAKU.TV-də təcrübə keçmək imkanı əldə edəcək.
Media məktəbinin fəaliyyətə başlamasında əsas məqsəd istedadlı gəncləri aşkara çıxarmaq və yeni mediada Azərbaycanın informasiya müharibəsinə dəstək üçün peşəkar kadrlar yetişdirməkdir.
150 nəfərin iştirak etdiyi və 2 gün davam edən seçim turu “Winter Park Hotel Baku”nun məkan dəstəyi ilə təşkil olunub.
Seçiləcək şəxslərə uğurlar arzu edirik, seçilməyənlər isə məyus olmasınlar. Növbəti 2 aylıq “BAKU.TV Rəqəmsal Media Məktəbi”ndə onların müraciəti yenidən nəzərə alınacaq.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
