Alma ürəyin işemik xəstəliyinə qarşı müdafiəni gücləndirir

Alma ürəyin işemik xəstəliyinə qarşı müdafiəni gücləndirir
Şou-biznes 73

Alma qəbulu xolesterin səviyyəsini və bununla da ürək-damar xəstəliklərini, o cümlədən ürəyin işemik xəstəliyi riskini azaltmağa kömək edir.

Ürəyin işemik xəstəliyi çox vaxt orqanları qanla təmin edən damarların divarlarında yığılan yağlı çöküntülərdən qaynaqlanır. Yüksək xolesterin olan insanlarda da ürək xəstəliyinə tutulma ehtimalı yüksəkdir.

Xolesterini azaltmaq üçün kifayət qədər lif istehlak etmək vacibdir.

BAKU.WS “express”ə istinadla xəbər verir ki, alma ən yaxşı lif mənbələrindən biridir. Gündə üç almanın qəbulu xolesterinin azalması zərurətindın söhbət getdikdə faydalı ola bilər.

Ümumiyyətlə, daha çox meyvə, tərəvəz, kəpəkli taxıl bitkiləri və paxlalılar istehlak edərək lif qəbulunu artırmaq olar.

Bundan başqa, yüksək xolesterin probleminin qarşısını almaq və aradan qaldırmaq üçün ümumi sağlam həyat tərzinə riayət etmək vacibdir - bu pozuntu adətən doymuş yağlı qidaların qəbulu, eləcə də qeyri-kafi fiziki fəallıq, artıq çəki və həddindən artıq alkoqol istehlakı ilə əlaqələndirilir.

Oxşar xəbərlər

Soyuq aylarda ürək-damar xəstəliklərinin kəskinləşməsi və ürək tutmaları iki dəfə artır

Soyuq aylarda ürək-damar xəstəliklərinin kəskinləşməsi və ürək tutmaları iki dəfə artır

Soyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır. Ürək çatışmazlığı, xroniki koronar sindromu, anadangəlmə...

122 Şou-biznes 14:56 27 oktyabr 2021

Son xəbərlər