
Həftə sonu Azərbaycanda hava dəyişkən olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın
6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir
tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Bakıda və
Abşeron yarımadasında gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.
Azərbaycanın
rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və
gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı
var. Şərq küləyi əsəcək.
Havanın
temperaturu gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə
isti olacaq.
BAKU.WS