SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb.

BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, son bir il ərzində, demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50-70 faiz bahalaşma var.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bahalaşma pandemiya səbəbindən aviaşirkətlərin ziyana düşməsi ilə bağlıdır. Bu müddət ərzində ləğv edilən səfərlərin biletlərinin ödənişlərinin qaytarılması, təyyarələrə texniki qulluq və digər personal xərcləri qiymətlərin qalxmasına səbəb olub. Məhz bu səbəbdən bahalaşma ölkəmizdən də yan keçməyib.

Bakıdan hazırda uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb.

Ekspertlər sərhədlərin bütün istiqamətlər üzrə açılacağı və müntəzəm uçuşların bərpa ediləcəyi təqdirdə qiymətlərin tədricən enəcəyini bildirirlər. Lakin aviaşirkətlərin ziyanı çox olduğundan qiymətlərin əvvəlki səviyyədə olmayacağı gözlənilir.

Bir istiqamətə alınan bilet əvvəl maksimum 350 manat idisə, indi bu qiymət 800 manatadır.

BAKU.WS
VİDEO