SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxda 34 yaşlı kişi qətlə yetirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin stadion adlanan ərazisində baş verib.
Rayon sakini 1986-cı il təvəllüdlü Zaur Hüseynovun cansız cəsədi tapılıb.

İlkin məlumata görə, hadisəni 1994-cü il təvəllüdlü rayon sakini Əhməd Əhmədov Əbdüləhməd oğlu törədib. Keçirilən əməliyyat tədbirləri ilə qətldə təqsirli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

***13:03

Qazaxda 34 yaşlı kişi qətlə yetirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin stadion adlanan ərazisində baş verib.

1986-cı il təvəllüdlü rayon sakini Zaur Hüseynovun cansız cəsədi tapılıb. İlkin müayinə zamanı onun bədənində müxtəlif bıçaq yaraları aşkar edilib.

Hadisə yerinə Qazax rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq qrupu yaradılıb.

BAKU.WS
QALEREYA