Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - FOTO

Ukraynanın Zaporojye vilayətində “Sarvan” ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.
BAKU.WS "publika.az"-a istinadən xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.
“Qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - yerli polis bildirir.
Xəbərə görə, öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet “Qriqori” ilə sıx ünsiyyət saxlayıb. “Sarvan”ın habelə vətəni Azərbaycanda da “vor zakon”larla əlaqələri olub.

Oxşar xəbərlər
Cənnətdən gələn çayda çimən terrorçu: Ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov... - FOTO
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham olunan 40 yaşlı Bakı şəhər sakini “Abu Cihad” ləq...