SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yarmıtikilidə gizlədilən 1 kiloqram 510 qram heroin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülüb. 

BAKU.WS