VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda müğənninin evindən pul oğurlanıb.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, müğənni Vüqar Muradovun evinə gələn usta 3500 manat oğurlayıb.

“Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım.

Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki...

Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən.

Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”, - M.Muradov bildirib.

Müğənni qeyd edib ki, aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib:

"Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar. Başda general-polkovnik Vilayət Eyvazov olmaqla bütün DİN rəhbərliyi və əməkdaşlarına təşəkkür edirəm".
BAKU.WS