SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Tovuz rayonunda güllələnərək öldürülən Firudun Ələkbərli ilə bağlı Tovuz rayon Mərkəzi Xəstəxanadan rəsmi açıqlama verilib.

BAKU.WS
-in bölgə müxbirinə verilən məlumata görə, vəkil xəstəxanaya gətirilərkən artıq vəfat edib.

Mərhumun qarın boşluğunda çoxsaylı güllə yaraları olub.

Meyit ekspertiza üçün Məhkəmə Tibbi Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib.

***11:11

Tovuz rayonunda vəkil Firudun Ələkbərlinin öldürülməsi ilə nəticələnən qətlin müəyyən detalları bilinib.

BAKU.WS
-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisəyə ilkin səbəb kimi iş adamının qanunsuz tikililəri ilə bağlı olub.

Belə ki, vəkil "Göl Əli" kimi tanınan 1959 cu il təvəllüdlü Əli Şəmiyevin obyektlərinin qanunsuz olması ilə bağlı bir neçə dəfə aidiatlı qurumlara məlumat verib.

Hadisədən bir müddət öncə isə vəkil Əli Şəmiyevin hotelinin rayona gələn magsitral su xəttinin yaxınlığında  tikdirməsi ilə bağlı şikayət edib.

Bu gün isə sabah saatlarında Firudun Ələkbərli işə gəlib.

Təxminən 15 dəqiqə sonra vəkilin otağına daxil olan Əli Şəmiyev üzərində gətirdiyi tapanca ilə vəkilə üç dəfə atəş açıb və ərazidən uzaqlaşıb.

Vəkil xəstəxanaya aparılarkən yolda keçinib.Keçirilən əməliyyatla Əli Şəmiyev saxlanılaraq istintaqa təhvil verilib.Onum barəsindı cinayət işi açılıb.

Bildirək ki,"Göl Əli"kimi tanınan Əli Şəmiyev Tovuz rayonunda iş adamı kimi tanınır.

Onun rayon ərazisindı yerləşən Qaz Bulu gölünün müdrü olduğu ayrıca restoran və hotellər şəbəkəsinin sahibidir.
BAKU.WS
VİDEO