VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada saxlanılan və Azərbaycana deportasiya ediləcəyi gözlənilən tanınmış jurnalist Fuad Abbasovun ailəsi açıqlama yayıb.

BAKU.WS
xəbər verir ki, jurnalistin "Facebook" səhifəsində paylaşılan açıqlamada qeyd edilir:

“Ailəmiz hal-hazırda mənəvi təzyiqlərlə qarşılaşır və biz bu problemi həll etmək yollarını axtarırıq. Mövqeyimizi möhkəmləndirmək və ədalətli qərar qəbul etmək üçün bir vəkil tutmaq qərarına gəldik.

Bu işi araşdırdıqdan sonra yeni vəkil Rusiya Federasiyasından jurnalist Fuad Abbasovun ölkədən çıxarılması ilə bağlı məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verməyi qərara aldı. Biz bu qərarla razı deyilik. Fuad Abbasovun maraqları hüquq elmləri namizədi, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, vəkil Şərifov Teyyub Eldaroviç tərəfindən qorunacaq. Şikayət bu gün təqdim olundu”.

Zülfiyyə Qurbanova
BAKU.WS