SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1,8 kiloqramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS