Bakı sakinindən 1 kiloqramdan artıq heroin götürülüb
07
apr
2018
14:54
Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Tağıyev saxlanılıb.DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ondan çəkisi 1 kiloqram 50 qram narkotik vasitə olan heroin götürülüb.Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Quliyevdən isə şəxsi axtarış zamanı 450 qram marixuana aşkar edilib.Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.Faktlarla bağlı cinayət işləri başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı
Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, əvv...