SİZİN REKLAM BURADA!
055 213 76 73


Üzərinə benzin tökülərək yandırılan və hadisədən bir neçə gün sonra vəfat edən İsmayıllının Mücəftaran kənd sakini 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlunun görüntüləri üzə çıxıb.

BAKU.WS
xəbər verir ki, mərhumun anası və qardaşı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək onun ölümündə günahlandırılanların hələ də azadlıqda gəzdiklərini deyiblər. 

Qardaşının sözlərinə görə, qarşı tərəf Ramilin intihar etmək məqsədilə özünü yandırdığı deyir. 

Efirdə Ramilin yandırıldıqdan sonra hələ sağ ikən qardaşı tərəfindən telefonla çəkilmiş görüntüləri nümayiş etdirilib. Ramil videoda başına gələnləri danışır. O, deyir ki, uşaqlarını görmək üçün qayınatasıgilə gedərkən qaynı və həyat yoldaşının bibisi oğlu onu döyüb. Daha sonra isə üzərinə benzin töküb yandırıblar. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO