VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda iki uşaq atasının özünü yandıraraq intihara cəhd etməsi haqda prokurorluq açıqlama yayıb.

İsmayıllı rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd edib, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib.

İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihar etdiyini bildiriblər. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, mərhumun qardaşı Elşən Rəcəbəliyev qardaşının üzərinə benzin töküb yandırdıqlarını bildirmişdi.

***14.02

Üzərinə benzin tökülərək yandırılan İsmayıllının Mücəftaran kənd sakini Rəcəbəliyev Ramil Nazim oğlu dünyasını dəyişib.

BAKU.WS 
qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşından ayrılan 1984-cü il təvəllüdlü Ramil uşaqlarını görmək üçün rayon mərkəzinə qayınatasıgilə gedib.

Mərhumun qardaşı Elşən Rəcəbəliyevin açıqlamasına görə, orada mübahisə yaşanıb və gəlinin bibisi oğlu Natiq onu vurub.

Daha sonra isə Ramilin üzərinə benzin töküb yandırıblar. 

Qeyd edək ki, əvvəlcə R.Rəcəbəliyevin intihar etmək məqsədilə özünü yandırdığı iddia edilirdi.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS