VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi dəqiqləşdirilib. 

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin  sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aprılır.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində atışma olub.

BAKU.WS-in məlumatına görə, Rəsulzadə qəsəbəsində "Favorit" marketin yaxınlığında "Mercedes" markalı avtomobilin içində olan iki nəfər gülləbaran edilib. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışıblar. Lakin onlar Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsib sükan arxasında olan Hüseynov Səxavət Oruc oğlu və Cəlalov Taleh İbrahim oğlun saxlayıblar.

Ölən şəxsin kriminla avtoritet olduğu bildirilir. 

Binəqədi polisindən bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmır. Əlavə məlumat veriləcək. Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırma aparır.
BAKU.WS
VİDEO

QALEREYA