055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzimə məlumat verilib. Bildirilib ki, ötən gün saat 18 radələrində 1982-ci il təvəllüdlü Elməddin Bayraməli oğlu Zeynalov bud nahiyyəsindən və 1969-cu il təvəllüdlü Emin Bahadur oğlu Xəlilov qarın nahiyyəsindən bıçaqlanıb.
Həmin məlumat əsasında Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları birgə əməliyyat keçirilib.
Keçirilən əməliyyat nəticəsində hadisəni törədən 1935-ci il təvəllüdlü Nadir Musa oğlu Məmmədov Nəsimi rayonu, Puşkin küçəsi 12 ünvanında saxlanılıb. Onun omba sümüyü sındığı üçün xəstəxanaya yerləşdirilib.
Elməddin Zeynalov hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Ziya SƏCCAD
BAKU.WS