SİZİN REKLAM BURADA!
055 213 76 73



Səbail rayon Polis İdarəsinin əməkdaşları Bakıda Belarus və Ukraynadan olan TIR sürücülərinin iştirakı ilə kütləvi davanı qeydə alıb.

BAKU.WS
xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, kütləvi dava avqustun 30-da saat 04:00 radələrində "İpək Yolu" gömrük terminalının ərazisində, Salyan şossesinin 12-ci kilometrliyində baş verib.

Məlum olub ki, sərxoş vəziyyətdə olan Belarus sakini, 1982-ci il təvəllüdlü Astanyuk Valeri Nikolayeviç həmyerlisi, 1990-cı il təvəllüdlü Balint Vladimir İvanoviçə, eləcə də Ukrayna vətəndaşları — 1990-cı il təvəllüdlü Mixaylov Vasso Mixayloviç və 1995-ci il təvəllüdlü Mayviyuk Roma Sergeyeviçə bıçaq zərbələri endirərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bununla yanaşı dava zamanı gömrük terminalının gözətçisi, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyarbəyov Emil Sərdar oğlu da yaralanıb.

Zərərçəkənlərin hamısı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Astanyuka gəlincə, o, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır, davanın səbəbləri müəyyənləşdirilir.

BAKU.WS