SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabad rayonunda azyaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Mərdan Məmmədov barəsindəki (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işinə baxılıb.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində məlum olub ki, Mərdan Məmmədov həmyerlisi Rasim Səmədova (azyaşlı olduğu üçün ad şərtidir) qarşı təcavüz edib. Mərdan Rasim ilə birlikdə yolda gedərkən onunla cinsi əlaqədə olmaq istəyib.

Meşədə cinsi əlaqə

Bu zaman Mərdan Rasim ilə qeyri təbii yolla cinsi əlaqədə olmaq istədiyini deyib. Mərdanın dediklərini anlamayan azyaşlı onunla razılaşıb.

Azyaşlının razılaşdığını görən Mərdan onun meşə ərazisinə aparıb. Orada azyaşlının soyunduraraq, onunla qeyri təbii yolla cinsi əlaqədə olub.

Cinsi əlaqədə olan zaman azyaşlı ağrıların təsirindən ona müqavimət göstərib. Amma Mərdanın müqavimətini sındıra bilməyib.

Seksual hərəkət və hədə-qorxu

Mərdan niyyətini başa çatdırandan sonra azyaşlıya hədə-qorxu gəlməyə başlayıb. O, azyaşlıdan baş verənləri heç kimə deməməyi tapşırıb.

Əks halda Mərdan azyaşlının anasını və atasını öldürəcəyini söyləyib. Azyaşlıda valdeynlərinin öldürülməsindən qorxuya düşüb. Bu səbəbdən meşədə baş verən olayı heç kimə danışmayıb.

Çöllükdə iyrənc əməl


Növbəti dəfə Mərdan Rasimi cinsi əlaqədə olmaq üçün çöllük əraziyə aparıb. Orada cinsi əlaqədə olan zaman onun bu iyrənc hərəkətini görən olub.

Bundan sonra azyaşlının valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Mərdan həbs edilib.

İstintaq orqanı tərəfindən Mərdan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mərdan Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS