SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Qədimqala kənd sakininin mənzilindən qızıl oğurlanıb.


Ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən zərərçəkənin qonşusu - 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.


O, ilkin dindirmə zamanı oğurladığı qızılları Şəmkir şəhərində banklardan birinə girov qoyaraq pul götürdüyünü və həmin pulu xərclədiyini bildirib.


Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


İstintaq tədbirləri davam etdirilir.


BAKU.WS