SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkirdə qızıl oğrusu saxlanılıb.

ARB TV xəbər verir ki, Şəmkir rayon sakini Zinyət Hüseynli rayon polis şöbəsinə müarciət edərək sentybar ayının 6-da yaşadığı mənzildə cinayət törədildiyini bildirib.

Zərərçəkənin ifadəsini yerində yoxlayan əməliyyat istintaq qrupu mənzildən 5 min manat dəyərində qızıl-zinyət əşyalarının naməlum şəraitdə oğurlandığını sübuta yetiriblər. Əməliyyat axtarış tədbirlərinə başlayan polis oğurluğu 27 yaşlı rayon sakini Şiraslan Həsənovun törətdiyini müəyyən ediblər.

Şöbədə dindirilən şübhəli zərərçəkənin evinə pəncərədən daxil olduğunu etiraf edib. Çağrılmayan qonaq əldə etdiyi qəniməti elə həmin gün banka girov qoyub 1000 manat nəğd pul götürüb.

Şiraslan Həsənov - saxlanılan şəxs: “Aynadan içəri daxil oldum. Birinci otağa girib axtardım heç nə çıxmadı. İkinci otaqda döşəyi qaldırıb altına baxdım heç nə olmadı. Sandığa baxanada qızılları tapdım. Götürüb pəncərədən də çıxdım. Küçənin ayağına çatana yaxın qaça-qaça getdim”.

Artıq Şiraslan Həsənovun oğurluq yolla əldə etdiyi qızıl-zinyət əşyaları yerli məhkəmənin qərarı ilə girov qoyulan bankdan götürülərək maddi sübut kimi ekspertizaya təqdim olunub. Günahı tam sübuta yetirlərsə 27 yaşlı gənc ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.

BAKU.WS