SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb.

BAKU.WS
xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır.

“Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik”, - deyə xəstəxanadan məlumat verilib.

Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan BAKU.WS-ə bildirdilər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS-ə daxil olan məlumata görə, Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb. Qeyd edək ki, cütlüyün 2 uşağı var. İkinci övladın bu günlərdə yenicə 40-ı çıxıb. Oğlan işsiz olub.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS