SİZİN REKLAM BURADA!
055 213 76 73



Kütləvi dava zamanı Lənkəranda vətəndaşın qulağı kəsilib.

BAKU.WS xəbər verir ki, Lənkəranın Girdəli kəndində baş verən hadisədə 42 yaşlı Vaqif Əliağayevin qulağı kəsilib.

Vaqif Əliağayev bildirib ki, Girdəli kəndindən qohumugildən qayıdarkən bir neçə nəfər maşınla onu təqib edib: "Maşından düçüb məsələni aydınlaşdırmaq istədim. Bu zaman mübahisə yarandı və içlərindən biri pıçaqla qulağıma xəsarət yetirib oradan uzaqlaşdı. Hüquq mühafizə orqanlarına məlumat verdikdən sonra Lənkəran Mərkəzi xəstəxanasına getdim".

Faktla bağlı Lənkəran rayon polis şöbəsində araştırma aparılır.

Nihat HÜSEYNZADƏ
BAKU.WS