SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu  gün səhər saatlarında Ağdaş rayonunda maraqlı hadisə baş verib.
 
BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin "Qafqazinfo”ya bildirdiyinə görə,  rayonun Vaqif küçəsində yaşayan qonşular arasında dava düşüb. Nəticədə dava tərəflərdən birində iştirak edən İlham Rzayevin qulağı kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin onun kəsilmiş qulağının tapılmadığı bildirilir.
Hadisəni törədən və davada iştirak edən bir neçə şəxs isə rayon polis şöbəsinə aparılıb.
 
Qeyd edək ki, hadisəni törədənlər içkili vəziyyətdə olublar.

BAKU.WS