SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması xəbəri yanlışdır.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O, qeyd edib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azarkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

BAKU.WS