Polisdən daha bir “patı” əməliyyatı - 5 nəfər saxlanılıb - FOTO

Masallı rayonunda “patı”nın qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.
Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat tədbirləri ilə psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri F.Hacıyev, S.Quliyev, D.Əliyev, B.Mahmudov və R.Ağabalayev saxlanılıblar.
Keçirilən baxış zamanı həmin şəxslərin üzərindən ümumilikdə 13 bükümdə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
DİN-in “patı” əməliyyatı davam edir: Daha 4 nəfər saxlanıldı - FOTO
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, şüşə kimi tanınan p...
