SİZİN REKLAM BURADA!
055 213 76 73


Qobustan rayonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

BAKU.WS
QALEREYA