SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda "Cin Sovetskidə" adlı film çəkilir.  

BAKU.WS 
xəbər verir ki, filmin quruluşçu rejissoru və ssenari müəllifi bir zamanların ən populyar layihələrə imza atmış rejissoru Zaur Qurbanovdur. 

Komediya janrında çəkilən ekran işi tezliklə ekranlarda olacaq.
 
Rejissor film haqqında sadəcə bu sözləri dedi: "Sitlikdən, bayağılıqdan, mənasız və efir etikasından kənar ifadələrdən uzaq, peşəkarlıqla işlənmiş, sözün əsl mənasında komediya bir film olacaq".

Xatırladaq ki, yerli kinomuzda oxşar adlı film mövcuddur. Bu, 1985-ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal olunmuş "Cin mikrorayonda" adlı komediya janrında çəkilmiş musiqili-fantastika filmidir. Ekran işinin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifi Eldəniz Quliyevdir. 

Aysel
BAKU.WS