SİZİN REKLAM BURADA!
055 213 76 73


“Təhmin və Zaur” filminin təqdimat günü bəlli olub.

BAKU.WS-in məlumatına görə, ekran işi oktyabrın 19-də tamaşaçıların ixtiyarına veriləcək.

Filmin sujeti belədir: "Tənha qadınları aldaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir".

"Cinemazadeh" istehsalı olan filmdə aktyorlar Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva rol alıb. Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir.

İman
BAKU.WS