SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Xocavənd rayonunda erməni terrorçu Monte Melkonyan üçün ucaldılmış heykəl götürülüb.

BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra baş tutub.

Qeyd edək ki, Monte "Avo" Melkonyan ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu olub. 1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gəlib. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edib.

BAKU.WS
QALEREYA