SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhərmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də gizir Sadıqlı İbrahim Şahin oğludur.

BAKU.WS xəbər verir ki, Azərbaycanın bir neçə rayonunun işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid İbrahim Sadıqlı 1993-cü ildə iyunun 28-də Bakı şəhərində anadan olub. Orta təhsilini 292 saylı orta məktəbdə alıb. Sonradan təhsilini 6 saylı peşə texnikumunda davam etdirib. Uşaqlıq illərindən idmana böyük həvəsi olan şəhidimiz sərbəst güləşlə məşğul olmuş və müxtəlif turnirlərdə fərqlənərək qalib gəlmişdir.

Təhsilə böyük marağı olsa da, vətəninə olan sevgisi onun hərbçi kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamasına səbəb olmuşdu. Şəhid İbrahim Çin Xalq Respublikasinda snayper kursu keçib. Bu zaman o, 50 ölkə arasında ikinci yer tutaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıb.

İkinci Qarabağ Müharibəsində Murov dağ, Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə aktiv iştirak edib. Qəhrəman gizirimiz düşmənin 60-a yaxın hərbçisini zərərsizləşdirməyi bacarıb.

Sadıqlı İbrahim Şahin oğlu Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı 2 yaralı döyüş yoldaşını atəşin altından çıxarsa da, özü şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Ali Baş Komandan onu "Qarabağ" ordeni, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edib.

Şəhid gizirimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Orxan Hüseyn
BAKU.WS
VİDEO

QALEREYA