SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçulardan birinin meyiti Xocavənddə, on üçü Cəbrayılda aşkarlanıb. Daha bir meyiti isə Azərbaycan tərəfi başqa ərazidə aşkarlayaraq təhvil verib.

Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 344-ə çatıb.

İtkin düşən erməni əsgər və zabitlərinin axtarışlarına hərbçilərlə yanaşı, mülki şəxslər, könüllülər də qoşulub.

BAKU.WS