SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Ağdam rayonunun Mahrızlı kəndində ermənilərin atdığı mərmi nəticəsində yanaraq yararsız hala düşən evdə olublar.
 
APA-nın məlumatına görə, kənd sakini Əliş Hüseynova məxsus birmərtəbəli yaşayış evi tamamilə dağılıb.
 
Sakinlər jurnalistlərə bildiriblər ki, aprelin 27-dən 28-ə keçən gecə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri bu evə düşüb, ev yanıb. 
 
Hadisədən sarsıntı keçirən ev sahibi xəstəxanaya yerləşdirilib. 
 
BAKU.WS