SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, belə abidələrdən biri də guya ermənilərin olan Dadivəng, yəni Xudavəng monastır kompleksidir.

Tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun sözlərinə görə, ermənilərin Vətən Müharibəsindən sonra Alban abidələrini bu səpkidə qabartması səbəbi özlərinin Cənubi Qafqazda yerli sakin olmalarını əsas gətirməyə hesablanıb.

“O ki qaldı Xudavəng kilsəsi, eləcə də Qarabağ bölgəsində mövcud olan yüzlərlə xristian abidəsinə, onların iddiasının heç bir elmi əsası yoxdur. Biz bildiyimiz tarixi və memarlıq nöqteyi-nəzərdən bu abidələrin əksəriyyəti Qafqaz Albaniyasının maddi mədəniyyət irsinə daxildir.

Bu faktlar monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın Aran və dağlıq vilayətinin “Rostok” adlı bölgəsinə aid olub. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edib.

BAKU.WS
VİDEO